Şirkət haqqında
ALCAS Alüminium profil istehsalına Türkiyənin Tekirdağ vilayətinin Çorlu rayonunda başlamışdır. Tək ekstruziya pressi ilə başlayan istehsalını daha sonra üç ekstruziya pressinə, illik istehsal gücünü isə 22000 tona qədər artırmışdır. Müəssisə qurulduqda qoyulacaq sərmayələr əvvəlcədən təxmin olunmuş, planlaşdırma və yerləşmə buna əsasən yerinə yetirilmişdir. Press sahəsinə yatırım edildikdən dərhal sonra qəlib ehtiyacını qarşılamaq üçün qəlib sexi qurulmuş, qəlib istehsalı üçün lazımi dəzgah və maşınlar alınaraq istehsala başlanılmışdır. Qəlib sexi həm istehsal çeşidlərinin artırılması vəzifəsini öhdəsinə götürmüş, həm də qəlib xərclərinə və texnologiyasına töhfə vermişdir. Firmamızın Tədqiqat-Təkmilləşdirmə şöbəsinə də töhfə verən qəlib seximiz təkmilləşdirdiyi profil qəliblərini diqqətlə istehsal etmiş, zəruri sınaqları həyata keçirərək profil istehsalı üçün şərait yaratmışdır.
Öz fəaliyyət sahəsində ölkəmizin ən inkişaf etmiş texnologiyasına malik anodlama sexinin qurulmasını həyata keçirmişdir. Bu sexdə illik 11000 ton metal anodlana bilir. Anodlanan səthin keyfiyyəti dünya standartlarına uyğun səviyyədədir. Müxtəlif rəng və qalınlıqda anodlama etmək mümkündür.
Elektrostatik boya xətti cüt rəngləmə kabinetli olaraq istifadəyə alınmışdır. Bu tam təchiz olunmuş və müasir boya sexi 10 m uzunluğunda profilləri rəngləmə gücünə malikdir. Həmçinin taxta naxış köçürülməsinin olunduğu xəttimizdə də profillərə taxta naxış vurulur.
Müştərilərimizin üzərində müxtəlif işlər görülmüş profil və hissələr istəməsi mexaniki xəttin yaradılması ilə nəticələnmişdir. Yaradılmış bu xətdə kəsmə, deşmə, bükmə, düzəltmə, barkodlama və müştərilərimizin tələb etdiyi başqa hər növ profil işləmə işləri yerinə yetirilir və istəyə uyğun olaraq qablaşdırılır.
TSE, GOST, CE, CPTP, ISO, QUALONAT, QUALICOAT, IFT ROSENHEIM, İSO9001 və s. sertifikatlar alaraq həm məhsul, həm də işçi keyfiyyətini yuxarı səviyyəyə qaldırmağa çalışdığını sübut etmişdir.
İstehsal etdiyi məhsulların yuxarıda saydığımız keyfiyyət sənədlərini və sertifikatlarını müstəqil təşkilatlara hazırladan firmamızın yolu ixracat üçün açılmışdır. Dünya bazarına məhsullarını çıxarmış, başda Avropa ölkələri olmaqla, 20-dən çox ölkəyə öz məhsullarını ixrac etmişdir. Bu sahədə fəaliyyətlərini artıraraq Amerika bazarına da məhsul göndərməyə başlamışdır. İstehsalındakı ixracat faizi 40-ı keçmişdir.
Alüminium çəkilməsi, fasad, qapı-pəncərə sektoru üzrə ixtisaslaşmış şirkətimizin sexlərindəki istehsalın 35%-i qapı-pəncərə, fasad profilləri kimi məhsulların payına düşür. Bütün sistemlərimiz müxtəlif təcrübə və sınaqlardan keçirilir. Məhsulunu müştərisinə problemsiz çatdırmağı hədəfləyən Tədqiqat-Təkmilləşdirmə şöbəmiz sizin tərəfinizdən hər növ tələbi nəzərə alaraq ən uyğun həll yollarını təqdim edir.
Sosial şəbəkələrdə paylaş